Ötən gün Fransa və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair .
Sənəd Fransa və Ermənistanın müdafiə nazirləri Sebastyan Lekornyu və Suren Papikyan arasında keçirilən görüşdən sonra imzalanıb.
Məlumdur ki, söhbət ən azı hava hücumundan müdafiə sistemləri və radarlardan gedir. Çox güman ki, silahlar Ermənistana kommersiya qiymətinə satılacaq və çətin ki, İrəvana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) çərçivəsində fəaliyyət göstərən endirimlər edilsin.
Məsələni seher.media-a şərh edən rusiyalı hərbi ekspert, publisist, “İzborsk” klubunun daimi üzvü Vladislav Şurıqin bildirib ki, İrəvanla Paris arasında müdafiə sahəsində əməkdaşlıq Ermənistanın milli maraqları baxımından sərfəli deyil. Hərbi potensialını zənginləşdirmək baxımından isə, əksinə, çox sərfəlidir. Müqavilədə bu prosesin iştirakçılarına müxtəlif “otkat”lar nəzərdə tutula bilər.
“Qərb silahlarına keçid böyük pullar deməkdir, Qərbdən kredit götürməyə ehtiyac duyulacaq. Pulu isə bu müqaviləni bağlayanlar yox, Ermənistan xalqı ödəməli olacaq”, - deyə hərbi ekspert vurğulayıb.
“Doğrudanmı İrəvan qısa müddət ərzində ordusunu Qərbin silah standartları ilə təchiz etməyə və bununla da gücləndirməyə ümid edir?” - sualına cavab verən ekspert vurğulayıb ki, Ermənistanın uduzduğu müharibə və ondan sonrakı hadisələr fonunda hansısa güclü erməni ordusundan danışmaq tamamilə mənasızdır:
“Məhz ona görə də onlar bu alış-verişə getdilər. İrəvanda çox yaxşı başa düşürlər ki, artıq Ermənistanın silahlı qüvvələri döyüşə bilmir və bundan sonra da döyüşməyəcək. Bu isə o deməkdir ki, korrupsiya sxemlərinin vaxtı yetişib, çünki alınan silahlar müharibədə sınaqdan keçirilməyəcək. Rusiya silahları pis çıxdı, ona görə də bahalı Qərb silahlarını alacağıq deyərək siz öz məğlubiyyətinizi sərfəli şəkildə sata bilərsiniz. Bu silahlarla yalnız hansısa banan respublikasına qarşı döyüşmək üçün istifadə olunma ehtimalı artıq heç kimi narahat etmir. Əsas Ermənistan ordusunun yeni səviyyəyə keçdiyini hamıya göstərməkdir”.
Nair Əliyev