Nobel Sülh Mükafatının qalibi, güneyli qadın hüquqları müdafiəçisi, siyasi məhbus Nərgiz Məhəmmədinin xəstəxanaya göndərilməsinə icazə verilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, Nərgiz Məhəmmədi və vəkillərinin bir həftəlik səylərindən sonra Tehran şəhər prokuroru Əli Salehi onun xəstəxanaya göndərilməsinə icazə verib.
Qeyd edək ki, Evin həbsxanasının rəhbərliyi Nərgiz Məhəmmədinin məcburi hicab taxmaqdan imtina etməsinə görə, onun angiolplastika üçün xəstəxanaya göndərilməsinə mane olmuşdu.