Türkiyə millisinin keçmiş futbolçusu İlhan Mansız ötən ay Leyla adlı azərbaycanlı xanımla nikah masasına əyləşib.
Axşam.az xəbər verir ki, keçmiş futbolçu sosial şəbəkə hesabında müvafiq açıqlamalar verib.
İlhan Mansız toy tarixini açıqlamasa da, məclisi Bodrumda etmək istədiyini bildirib.
Qeyd edək ki, ABŞ-də yaşayan cütlük sentyabrda nişanlanmışdı. Onların yaxın zamanda oğlu dünyaya gələcək.