Dünyanın ən böyük kriptovalyuta birjasının rəhbəri istefasını təsdiqlədi - FOTO

22
Noy
02:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”ın qurucusu və baş direktoru Çanpen Çjao “X” sosial şəbəkəsində istefa verdiyini təsdiqləyib.

“Bu gün mən “Binance”ın baş direktoru vəzifəsindən istefa verdim... Mənim səhvlərim oldu və məsuliyyəti öz üzərimə götürməliyəm”, - deyə o yazıb.

Onun sözlərinə görə, o, son 6,5 ildir ki fasilə verməyib və indi fasilə vermək niyyətindədir.

O, əlavə edib ki, investisiya yatırmağa başlamağı düşünür, lakin başqa bir startapın baş direktoru olmağı planlaşdırmır.

Çjao, həmçinin regional bazarlar şöbəsinin rəhbəri olan Riçard Tenqin “Binance”ın baş direktoru vəzifəsini tutacağını açıqlayıb.

Qeyd edək ki, Çjaonun cinayət törətməkdə təqsirli olduğunu etiraf etmək üçün tezliklə ABŞ-nin Sietl federal məhkəməsinin qarşısına çıxacağı planlaşdırılır. Razılaşmaya əsasən onun həmçinin 4,3 milyard dollar cərimə ödəməyi də nəzərdə tutur.

Bu sövdələşmə ABŞ Ədliyyə Departamentinin “Binance” çirkəti ilə bağlı başlatdığı uzunmüddətli araşdırmaya son qoyacaq. Departament “Binance”ı çirkli pulların yuyulmasında, bank fırıldaqlarında və sanksiyaların pozulmasında ittiham edir. Şirkət xərcləri azaltmaq və cərimə üçün pul ayırmaq üçün ən azı 1500 işçini ixtisar etməli olub.

Beləliklə, Çjao “Binance”da əksər səhmləri saxlaya biləcək, lakin o, öz şirkətində liderlik vəzifəsini tuta bilməyəcək.

Mənbə: Forbes