ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” patrul təyyarəsi Havay adalarının Kaneohe körfəzində qəzaya uğrayıb.
Bu barədə Birləşmiş Ştatların Dəniz Piyadaları Korpusunun rəsmiləri xəbər veriblər.
Məlumata görə, təyyarə hərbi aerodromun uçuş-eniş zolağına enməyə cəhd edərkən zolağı ötürüb və Sakit okean sularına düşüb. Həmin vaxt göyərtədə doqquz nəfər olub.
O da bildirilir ki, hərbçilər müxtəlif dərəcəli xəsarət alsalar da, sahilə özləri çıxa biliblər. Qəzanın baş vermə səbəbləri barədə araşdırmalara başlanılıb.
Mənbə: usni.org