Ağdaşda avtomobil velosipedçini vuraraq öldürüb

22
Noy
09:54
thumb_down 0
329
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə Qəbələ-Ağdaş magistral yolunun, Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Ağdaş sakini Nicat Abdullayevin idarə etdiyi VAZ-21065 minik markalı avtomobili ilə yolu keçən velosipedçi, 1977-ci il təvəllüdlü Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.