İranın “Şərif” Texnologiya Universitetinin rektoru Rəsul Cəlili işdən qovulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, rektor bir müddət əvvəl Universitetin Kiş kampusunda keçirilən buraxılış mərasiminə tələbələrin hicabsız qatılmasını əks etdirən görüntülərin yayılmasından sonra işindən uzaqlaşdırılıb.
Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Məhəmmədəli Zülfi Gülün əmri ilə Rəsul Cəlili vəzifəsindən azad edilib və Abbas Musəvi “Şərif” Universitetinin yeni rektoru kimi onun yerinə təyin olunub.