AzTV əməkdaşları Xankəndi stadionunda futbol oynadılar: Meydançanın yeni görüntüləri - VİDEO

23
Noy
00:54
thumb_down 0
62
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşları Xankəndi stadionunda futbol oynayıblar.

Stadiondan hazırlanan süjetdə qeyd olunub ki, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını bu arenada izləmək mümkün olacaq.

Bildirilib ki, təxminən 15 min tamaşaçı tutumuna malik olan sözügedən stadion SSRİ dövründə Azərbaycanın “Qarabağ” futbol klubunun oyunlarına ev sahibliyi edib.

Hazırda isə stadionda bərpa və yenidənqurma işləri görülür.

Xatırladaq ki, Xankəndi şəhər stadionunun təməli 1955-ci ildə qoyulub. Futbol meydançası 1956-cı ildə istifadəyə verilib.

Ətraflı süjetdə: