Rusiyada iki qatar toqquşdu: Xəsarət alanlar var

23
Noy
01:18
thumb_down 0
60
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada Ulyanovsk şəhərinin yaxınlığında iki qatarın toqquşması nəticəsində biri uşaq olmaqla 25 nəfər xəsarət alıb.

Bu barədə Rusiya Dəmir Yolları öz “Telegram” kanalında məlumat yayıb.

“Rusiya Dəmir Yolları” QSC-nin məlumatına görə, xəsarət alan 25 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan biri azyaşlıdır. Hazırda zərərçəkənlərə lazımi yardım göstərilir.

Qeyd edək ki, 354 nömrəli Perm - Adler sərnişin qatarı manevr teplovozu ilə toqquşub. Hadisədən əvvəl sürücü təcili əyləci basa bilsə də, qəzanın qarşısını almaq mümkün olmayıb.

Digər təfərrüatlar və hallar barədə hələlik məlumat verilmir. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Adler-Perm qatarının göyərtəsində 396 nəfər sərnişin olub ki, onlardan 94-nü uşaqlar təşkil edib. Toqquşma Kuybışev dəmir yolunun 962-ci kilometrliyində Bryandino və Tiinsk stansiyaları arasında baş verib.

Mənbə: gazeta.ru