Kim Çen In ABŞ-nin Sakit Okeandakı ən iri strateji hərbi bazasının kəşfiyyat görüntülərini əldə edib - FOTO

23
Noy
04:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

KXDR hakimiyyəti bir gün əvvəl Yer orbitinə buraxılmış kəşfiyyat peykindən ABŞ-nin Sakit Okeandakı ən böyük strateji hərbi bazasının yerləşdiyi Guam adasının görüntülərini alıb.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya lideri Kim Çen In Pxenyandakı kosmik gəmilərin idarəetmə mərkəzinə səfər edib və görüntülərə baxıb.

“O, noyabrın 22-də saat 9:21-də (Bakı vaxtı ilə 4:21) Hərbi Hava Qüvvələrinin “Andersen”, “Apra” limanı və ABŞ-nin Sakit Okeanda Quam adasındakı digər iri hərbi bazalarının çəkilmiş fotoşəkillərini nəzərdən keçirib”, - deyə agentlikdən qeyd edilib.

“Malligyong-1” peyki 7-10 günlük quraşdırmadan sonra dekabrın 1-də tam fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Şimali Koreya hakimiyyəti kəşfiyyat peyki daşıyan daşıyıcı raketin uğurla buraxıldığını elan edib. Bildirilir ki, “Chollima-1” daşıyıcı raketi “ Malligyong-1” peykini orbitə çıxarıb. Buraxılış Tonçxan-ni poliqonundan  həyata keçirilib.

Şimali Koreya bir sıra Qərb ölkələrinin raketin buraxılışını tənqid etməsi fonunda qeyd edib ki, onların “özünümüdafiə imkanlarını” gücləndirmək üçün “qanuni hüququ” var. Kim Çen In xatırladıb ki, ABŞ “USS Carl Vinson” aviadaşıyıcısını və “USS Santa Fe” (SSN-763) atom sualtı qayığını regiona yerləşdirib və KXDR Şimali Koreyaya birbaşa təhlükə yaradan bu qüvvələrə nəzarət etməlidir. KXDR lideri əlavə edib ki, ölkə rəqiblərin hərəkətləri barədə real vaxt rejimində məlumat əldə etmək üçün kəşfiyyat peyklərinin buraxılmasını davam etdirməlidir.

Mənbə: İnterfax.ru