ABŞ-Kanada sərhədində, Niaqara şəlaləsi üzərində yerləşən körpü keçid məntəqəsindəki avtomobil partlayışından sonra bağlanıb.
Avtomobilin oğurlandığı, bu avtomobildə olan iki nəfərin yüksək sürətlə sərhəd-keçid məntəqəsindən keçmək istədikləri vurğulanıb. Lakin nəqliyyat vasitəsi keçid məntəqəsinin konstruksiyasına çırpılıb və nəticədə avtomobil partlayıb.
Partlayış nəticəsində avtomobildəki iki nəfər həlak olub.
Faktla bağlı araşdırma aparılır. Federal Təhqiqatlar Bürosu (FBI) hadisəni mümkün terror aktına cəhd kimi dəyərləndirir.
Körpünün növbəti xəbərdarlığa qədər bağlı qalacağı bildirilir.
Mənbə: iz.ru