Sosial şəbəkələrdə ÇXR Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəminin qara tüstülər içində görüntüləri yayılıb.
Məlumata görə, kadrlarda Çinin ən müasir amfibiya hücum gəmisi - “Type 071” (“Longhushan/980”) əks olunub.
Hadisəni sahildən izləyənlər gəminin yandığını düşünərək həyəcan keçiriblər və hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Ancaq sonradan bunun HDQ-nin təlimlərindən bir hissə olduğu ortaya çıxıb.
Mənbə: “Belorusskiy Silovik” “Telegram” kanalı