Zabux kəndinə sakinlərin qayıdışı davam edir

23
Noy
06:36
thumb_down 0
125
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

seher.media-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 25 ailə (93 nəfər) Zabux kəndinə yola salınıb.

Xatırladaq ki, bu günə qədər Zabux kəndinə 121 ailə (473 nəfər) köçürülüb.

Aytac Qasımova