Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məliumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
APA-nın məlumatına görə, havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-in 10 texnikası cəlb edilib. Həmçinin qeyd olunur ki, yanğın zamanı bir nəfər xəsarət alıb.