Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
5. “20 Yanvar” dairəsində;
6. Heydər Əliyev prospekti, mərkəz istiqamətində;
7. Tbilisi prospekti, mərkəz istiqamətində;
8. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
9. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;
11. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Ağa Nemətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;
14. Mikayıl Müşfiq küçəsi, 20 saylı məktəb istiqamətində;
15. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
16. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;
17. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.