Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.
seher.media-ın məlumatına görə, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıblar.
Belə ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.
Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib. Evli idi, iki övladı qalıb.