Məşhəd şəhərinin Vəkilabad zindanında iki etnik bəluc dar ağacından asılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, edam edilən məhbuslar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.
Qeyd edək ki, statistik göstəricilərə əsasən, ötən il avqustun 20-dən bu günə qədər İranın müxtəlif həbsxanalarında 227 etnik bəluc edam olunub.