Avropa İttifaqı-Azərbaycan Birgə Viza Sadələşdirilməsi Komitəsinin 7-ci iclası keçirilib.
Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko özünün “X” hesabında bildirib.
Aİ səfiri qeyd edib ki, Aİ və Azərbaycan arasında Viza Sadələşdirmə Sazişinin imzalanmasından 10 il keçir.
“Səyahətlərin sayı artıq pandemiyadan əvvəlki səviyyəni üstələyir!” - deyə səfir qeyd edib.
????????????????????7th EU-Azerbaijan Joint Visa Facilitation Committee meeting today in Baku. 10 years since signature of ????????&???????? Visa Facilitation Agreement, with more comfort & travel possibilities for people. The number of travels already surpasses the pre-pandemic level!#EU4Azerbaijan #EaP pic.twitter.com/4nA6FxbWUD
— Peter Michalko (@MichalkoPeter) November 23, 2023