İsrail Müdafiə Ordusu (SAXAL) Xan Yunisdə HƏMAS-ın dəniz qüvvələrinin komandiri Amar Əbu Cəlaləni məhv edib.
Bu barədə İsrail Müdafiə Ordusunun “Telegram” kanalında məlumat yayılıb.
“Amar Əbu Cəlallah HƏMAS-ın yüksək rütbəli dəniz zabiti olub və dənizdə SAXAL tərəfindən qarşısı alınan bir neçə terror aktının təşkilində iştirak edib”, - deyə SAXAL-ın Mətbuat Xidməti bildirib.
Əbu Cəlalədən başqa, radikal təşkilatın daha bir yaraqlısının məhv edildiyi bildirilir.
Qeyd edək ki, Xan Yunisi hərbi təyyarələrin vurduğu məlumdur.
Mənbə: gazeta.ru