Rusiyada qadın uydurduğu uşağa görə doqquz il müavinət alıb

24
Noy
07:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Moskva şəhərində qadın uydurduğu uşağa görə bir milyondan çox rubl qazanıb.

Məlumata görə, Hava Bibulatova 2014-cü ildə, hələ 21 yaşı olanda işləmədən yaşamaq üçün 100% işləyəcək sxem qurub. O, hansısa yolla mövcud olmayan uşaq üçün saxta doğum haqqında şəhadətnamə alıb, ona Lyuba Adamovna adını verib və bütün sənədləri Basmannı rayonu sosial müdafiə şöbəsinə aparıb. Orada “gənc ana”ya övladına qulluq etmək üçün sosial müavinət təyin olunub. Hava doqquz il bu müavinət hesabına yaşayıb. Onun etdiyi fırıldaq yalnız indi üzə çıxıb.

Bibulatova polis tərəfindən saxlanılıb. Büdcəyə dəyən ziyanı hesablanıb. Ümumilikdə qadın bu illər ərzində təxminən 1,2 milyon rubl büdcəyə ziyan vurub.

Mənbə: “SHOT” “Telegram” kanalı