Göygöldə yük maşını aşıb, sürücü ağır xəsarət alıb

24
Noy
09:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöldə şirkətlərdən birinə məxsus yük maşını aşıb, sürücü ağır xəsarətlər alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində sürücü 1985-ci il təvəllüdlü Anar Vəliyev ağır xəsarətlər alıb.

O, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qaldığı maşından çıxarılıb.

Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.