“13 il əvvəl Macarıstanın Baş nazirini Azərbaycana səfər etdiyinə görə qınayan Avropa ölkələrinin liderləri indi Azərbaycanın təbii qaz resurslarından yararlanmaq üçün Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə durublar”.
“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.
“13 il əvvəlki səfərə görə Avropa İttifaqı ölkələrinin tənqidlərinə məruz qaldıq. İndi həmin ölkələr Azərbaycandan təbii qaz əldə etmək istəyirlər. Amma Macarıstanın Azərbaycanla dostluğu qaz üzərində qurulmayıb”, - deyə P.Siyarto vurğulayıb.