Vahid Hacıyev: “Cəbrayıl şəhərində 712 mənzilin tikintisi gələn il yekunlaşacaq”

24
Noy
15:54
thumb_down 0
216
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cəbrayıl şəhərində 33 binada yerləşəcək 712 mənzilin tikintisi gələn il başa çatacaq”.

“Report” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində bildirib.

“Soltanlı kəndi çox strateji mövqedə yerləşir. Buradan əsas avtomobil yolları, dəmir yolu xətləri keçir, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı kəndin yaxınlığında yerləşir.

İnanıram ki, kənd sakinləri buraya köçdükdən sonra kəndin inkişafı üçün öz töhfələrini verəcəklər. Bundan başqa, Şükürbəyli və Horovlu kəndləri tikilməkdədir. Xudafərin qəsəbəsində də tikinti işlərinə başlanılıb”, - deyə o əlavə edib.