“SPECA regionu (BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramı) unikal tranzit potensialına malikdir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə deyib.
“SPECA ölkələri arasında əməkdaşlıq regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Yeni təchizat zəncirləri formalaşır. SPECA regionu iqtisadi artımın kifayət qədər sabit dinamikasını nümayiş etdirir”, - o vurğulayıb.
T.Molçan qeyd edib ki, Azərbaycanın sədrliyi ilə SPECA-nın fəaliyyəti yeni impuls qazanmağa başlayıb.