Böyük Qayıdış Proqramına dair ilin sonunadək əsas ərazi planlaşdırma işləri tamamlanacaq

24
Noy
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, işğaldan azad olunmuş ərazilərdə 2026-cı ilə qədər 100 yaşayış məntəqəsi bərpa olunacaq və ilin sonunadək ərazinin 80 faizində əsas planlaşdırma işləri tamamlanacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimində deyib.

Komitə sədri bildirib ki, hazırda 40 yaşayış məntəqəsində tikinti işləri başlayıb və ya aktiv fazada davam edir:

“Bütün dövlət qurumları işğaldan azad olunmuş ərazilərin bərpası üçün gərgin iş rejimində çalışır. Biz də ərazilərin planlaşdırılması üzrə fəaliyyətimizi aktiv şəkildə davam etdiririk”.