İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçiləri Qəzza zolağının şimalındakı Əş-Şifa xəstəxanasının binasını tərk ediblər.
İsrail hərbçilərinin hansı səbəbdən xəstəxanadan çıxması barədə məlumat verilməyib.
Xatırladaq ki, İsrail ordusunun nümayəndəsi Daniel Haqari İsrail hərbçilərinin Əş-Şifa xəstəxanasında aşkar edilən HƏMAS-ın terror infrastrukturunu məhv etdikdən sonra oranı tərk etməyi planlaşdırdıqlarını bildirmişdi.
Mənbə: Sky News Arabia