İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Tədbirə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla yanaşı, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları və könüllülər qoşulublar.
Aksiya çərçivəsində 1 hektar ərazidə 700-dək Eldar şamı və zeytun ağacı əkilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən #ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri, həmkarım Muxtar Babayev, Ekologiya və Təbii Sərvətlər (@ETSN_ecogovaz) və İqtisadiyyat nazirliklərinin (@MinEconomyAZ) əməkdaşları ilə… pic.twitter.com/bFK3TqOMhy
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2023