Anasının imtina etdiyi körpə Sumqayıt xəstəxanasında ölüb

25
Noy
15:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, yeddi ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsindən imtina edib. Yeni doğulmuş oğlan uşağı bir müddət sonra uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra - bu gün körpə xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.