Pakistanda ticarət mərkəzində dəhşətli yanğın: 10-dan çox insan öldü - VİDEO

25
Noy
16:18
thumb_down 0
251
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Karaçi şəhərində çoxmərtəbəli “RJ Mall” ticarət mərkəzində güclü yanğın olub.

Bildirilir ki, ikinci mərtəbədə başlayan yanğın dördüncü, beşinci və altıncı mərtəbələri bürüyüb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, 50-yə yaxın insan xilas edilib.

Hadisə zamanı azı 11 nəfər ölüb.

Binada hələ də insanlar var və xilasedicilər onları təhlükəsiz yerə çıxarmağa çalışırlar. Rəsmilər yanğının nəzarət altına alındığını bildiriblər.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yanğının səbəbi hələlik məlum deyil.

Mənbə: GEO TV