HƏMAS israilli girovların ikinci qrupunu azad edib - YENİLƏNİB

25
Noy
20:36
thumb_down 0
494
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

HƏMAS-ın hərbi qanadı ikinci qrup israilli girovları Qırmızı Xaç Cəmiyyətinə təhvil verməyə başlayıb.

Tərəflər arasında müvəqqəti atəşkəs razılaşması noyabrın 24-ü səhər saatlarında qüvvəyə minib. Həmin gün girovların ilk partiyası azad edilib.

Beləliklə, Qırmızı Xaç Qəzza zolağından 24 əsirdən ibarət qrupun azad edildiyini təsdiqləyib. Onların arasında 12 israillidən əlavə, 12 Tailand vətəndaşı da var.

Öz növbəsində Qətər Xarici İşlər Nazirliyi İsrail həbsxanalarından 39 fələstinli qadın və uşağın azad edildiyini təsdiqləyib.

Mənbə: iz.ru

13:30

İsrail bu gün girovların ikinci qrupunu qəbul etməyə hazırlaşır.

Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisi bildirib.

Məlumata görə, İsrail azad edilməsi planlaşdırılan girovların siyahısını alıb. Siyahı yoxlandıqdan sonra İsrail təhlükəsizlik qüvvələri girovların ailələrinə məlumat verib.

Yerli medianın məlumatına görə, siyahıda 13 ad var. Onların əksəriyyəti uşaqdır.

Xatırladaq ki, bundan əvvəl uşaqlı analar və qoca qadınlardan ibarət 13 girov 49 günlük əsirlikdən sonra Həmas tərəfindən

İsrail tərəfinin məlumatına görə, HƏMAS və digər qruplaşmalar 40-a yaxın uşaq olmaqla, 240-a yaxın adamı oğurlayıblar. Netanyahunun ofisi medianı ehtiyatlı davranmağa və İsrailə qayıtmazdan əvvəl siyahıda olanların adlarını dərc etməkdən çəkinməyə çağırıb.

Mənbə: rus.err.ee