Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla gecə yarısına qədər (Bakı vaxtı ilə 02:00) girovların ikinci qrupunu azad etməsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa etməyə hazırdır.
Bu barədə İsrail televiziyasının 13-cü kanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edək ki, HƏMAS İsrail tərəfinin razılaşma şərtlərinə əməl etməməsini bəyan edərək, israilli girovların ikinci qrupunu sərbəst buraxmaqdan imtina edib.
Mənbə: TASS