Türkiyənin meqaulduzu Tarkanın Bakı konserti baş tutub.
seher.media xəbər verir ki, sənətçi “Baku Crystal Hall”da sevənləri qarşısında konsert proqramı ilə çıxış edib.
Sənətçinin ilk ifası çox sevilən “Yolla” mahnısı olub.
Müğənni pərəstişkarlarına möhtəşəm gecə yaşadıb. Tarkan səhnədə sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi hitləri səsləndirib.
Sənətçinin “Dudu”, “Kuzu-kuzu”, “Yap bi güzellik”, “Yolla”, “Beni çok sev”, “Kedi gibi”, “Şımarık”, “Çok ağladım”, “Öp”, “Adımı kalbine yaz”, “Hepsi senin”, “İşim olmaz”, “Verme”, “Bekle” kimi sevilən hitləri fanatlarını coşdurub. İfaçının bütün ifalarını pərəstişkarları onunla birlikdə səsləndiriblər.
Xatırladaq ki, Tarkan Bakı konserti ilə rekorda imza atıb. Belə ki, sənətçinin patyaxtımızda bu gün baş tutan konserti üçün 18 000-dən çox bileti satılıb. Bu, ölkəmizdə konsert verən rus və türk müğənnilər arasında rekord göstəricidir.
Qeyd edək ki, bundan öncə “iTicket production”un təşkilatçılığı ilə Özbəkistan və Qazaxıstanda sevənlərinin qarşısına çıxan sənətçi turnesini Azərbaycanda sonlandıracaq.
Nəzrin Vahid