Rusiya aviaşirkətləri sanksiyalara görə 76 təyyarəsindən məhrum olub.
Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev məlumat verib.
Onun sözlərinə görə, təyyarələri geri almaq qərarı Rusiya üçün gözlənilməz olub.
“Ümumilikdə 76 sərnişin təyyarəsini itirmişik. Onlardan bəziləri texniki dayanacaqdadır, digərlərinə isə reys həyata keçirərkən həbs qoyulub”, - deyə nazir əlavə edib.
Savelyev xatırladıb ki, hazırda Rusiyada 1 167 sərnişin təyyarəsi istifadədədir.
Mənbə: TASS