İsrailin azad etdiyi 39 yeniyetməni daşıyan avtobus Ramallaha gəlib

27
Noy
03:18
thumb_down 0
173
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Girov mübadiləsinə dair razılaşmanın üçüncü mərhələsi çərçivəsində İsrailin “Ofer” həbsxanasını tərk edən 39 fələstinli yeniyetmədən ibarət qrup avtobusla Ramallaha daxil olub.

Verilən məlumata görə, şəhərin mərkəzində qohumlarının iştirakı ilə azadlığa buraxılanlar üçün təntənəli qarşılanma mərasimi hazırlanıb.

Qeyd olunur ki, İsrail hakimiyyəti Şərqi Qüdsdə iğtişaşlarda iştirak etdiyinə görə saxlanılan 21 yeniyetməni azad edib, daha 17 nəfər isə İordan çayının qərb sahilində yerləşən şəhərlərdə həbs edilib. Yalnız bir məhbus Qəzza zolağındandır.

Şənbə günü 39 nəfər - altı qadın və 33 yeniyetmə, cümə günü isə 24 qadın və 15 yeniyetmə azad edilib.

Mənbə: TASS