Türkiyə ordusu İraqın şimalında şəhid verdi: Bölgədə əməliyyat davam edir

27
Noy
03:54
thumb_down 0
117
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində iki hərbçi şəhid olub, iki nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum nəticəsində silahdaşlarımız baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman silahdaşımız yaralanıb və dərhal xəstəxanaya göndəriliblər”, - hərbi qurum açıqlayıb.

Milli Müdafiə Nazirliyi vurğulayıb ki, bölgədə əməliyyat davam edir.