Cənubi Koreya, ABŞ və Yaponiya birgə dəniz təlimləri keçiriblər

27
Noy
05:18
thumb_down 0
338
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koreya Respublikası, ABŞ və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri Koreya yarımadasının cənub hissəsində ABŞ-nin “Karl Vinson” aviadaşıyıcısının iştirakı ilə üçtərəfli təlimlər keçiriblər.

Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb.

Manevrlər Çejudo adasının cənub-şərqində baş tutub. Cənubi Koreya tərəfindən “Aegis” sistemi ilə təchiz edilmiş esmineslər, Yaponiya tərəfindən isə “Murasame” tipli esmineslər iştirak edib. Bildirilir ki, tərəflər bundan başqa hava hücumundan müdafiə əməliyyatları üzrə məşqlər də həyata keçiriblər.

“Karl Vinson” aviadaşıyıcısının başçılıq etdiyi ilk aviadaşıyıcı qrupu noyabrın 21-də Cənubi Koreyanın Pusan şəhərinə gedib.

Qeyd edək ki, noyabrın 22-də ABŞ-nin aviadaşıyıcısına Koreya Respublikasının milli müdafiə naziri baş çəkib.

Mənbə: TASS