Krımda sürəti 40 m/s-ə çatan qasırğa adanın qərb sahillərini əhatə edib. Yevpatoriya şəhərində sahilə yaxın təsərrüfatları su basıb. Yevpatoriyaya gedən yollarda şəhərlərarası avtomobil yolu bağlanıb.
Bu barədə regionun hidrometeorologiya mərkəzindən məlumat verilib.
Qasırğa ağacları kökündən qoparır. Təcili yardım xidmətləri su basmış evlərdən insanları təxliyə edirlər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı