Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti müharibədə həlak olub

27
Noy
09:36
thumb_down 0
76
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna ilə Rusiya arasında davam edən hərbi toqquşmalarda Ukraynanın Şahmat Federasiyasının vitse-prezidenti Artyom Saçuk cəbhədə həlak olub.

Bu barədə Ukraynanın Nikolayev vilayətinin Şahmat Federasiyasının vitse-prezidenti Dmitri Qoroşenko məlumat verib.

“Tammiqyaslı işğalın ilk günündən Ukraynanı müdafiə edən yoldaşım və həmkarım Artyom Saçuk həlak olub”, - Dmitri Qoroşenko qeyd edib.

Qeyd edək ki, Artyom Saçukun 38 yaşı olub. O, 2023-cü ilin aprel ayında “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.

Mənbə: Unian