Gəncənin bəzi ərazilərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb.
Bu barədə seher.media-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, külək səbəbindən Gəncə şəhəri 3-cü mikrorayon ərazisində elektrik xəttində qısa açılma olub:
“Problem qısa zamanda aradan qaldırılıb. Hazırda sözügedən ərazidə elektrik enerjisinin verilişində heç bir problem yoxdur”
17:22
Hazırda Gəncə şəhərində güclü külək əsir, bu səbəbdən 3-cü mikrorayon və bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Report”un Qərb bürosunun məlumatına görə, külək nəticəsində yaranmış toz dumanı, həmçinin avtomobillərin hərəkətində də qismən çətinlik yaradıb.
Küləkli hava şəraiti səbəbindən başqa fəsadların olub-olmaması aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.
Könül Cəfərli