Netanyahu Maska HƏMAS-ın Kfar-Aza kibbutzuna hücumunun nəticələrini göstərib - VİDEO

27
Noy
18:36
thumb_down 0
309
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” və “SpaceX”in baş direktoru İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahunun müşayiəti ilə Fələstinin HƏMAS hərəkatının 7 oktyabr hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri olan Kfar-Aza kibbutzuna  (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması) baş çəkib.

Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu bu səhər İlon Mask ilə birlikdə Kfar-Aza kibbutzuna baş çəkdi. Netanyahu 7 oktyabrda baş verən kibbutz qırğınının dəhşətlərini Maska göstərdi", -  deyə məlumatda bildirilib.

Qeyd edək ki, Mask bu gün İsrailə səfərə gedib.

Mənbə: TASS