Paytaxtda müşahidə edilən güclü külək səbəbindən bu saata qədər 21 ağac sınıb.
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilib ki, eyni zamanda 14 ağacın budaqları sınıb:
“Baki şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sınan ağaclar ərazilərdən götürülüb və operativ şəkildə ərazi təmizlənib. Küləklə əlaqədar Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar”.
Könül Cəfərli