Bakı və Minsk əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaq

27
Noy
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı və Minsk əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayacaq.

Bizim.media xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik ilə Azərbaycanın Minskdəki səfiri Ülvi Baxşəliyev arasında keçirilən görüşdə bildirilib.

Tərəflər Azərbaycan-Belarus münasibətlərinin vəziyyətini və perspektivlərini müzakirə ediblər, o cümlədən çoxşaxəli qarşılıqlı fəaliyyəti daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.