“ABŞ Türkiyədən Qarabağın azad edilməsi üçün Azərbaycana dəstəyi dayandırmasını tələb edib”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik mətbuat konfransında deyib.
O qeyd edib ki, Vaşinqtonun o vaxtki tələbi “F-16” qırıcılarının Türkiyəyə göndərilməsi üçün şərt kimi irəli sürülüb.
Çelik bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən müzakirələrin sülh razılaşmasına gətirib çıxarmasını istəyir.
O qeyd edib ki, Ermənistan destruktiv addımlardan əl çəkərsə, “3+3” əməkdaşlıq formatı regionda sülhə böyük töhfə verəcək.
Mənbə: Habertürk