Arif İbrahimov vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün ailəsini görə bilmir.
Rusiya vətəndaşı olan A.İbrahimov 1986-cı ildən orada yaşayıb.
2009-cu ildə Azərbaycana səfəri zamanı ehtiyatsızlıqdan cinayət törətdiyi üçün məhkum olunub.
Məhkumluq həyatını geridə qoysa da indi Rusiyaya, ailəsinin yanına qayıda bilmir.
Buna səbəb vətəndaşlığını təsdiq edən sənədinin olmamasıdır.
2011-ci ildə sənədlərinin etibarlılıq müddəti bitən A.İbrahimov nə Rusiyanın nə də Azərbaycanın vətəndaşlığını ala bilmir.
Ətraflı “ATV Xəbər”in süjetində: