Türkiyədə turizmin əhəmiyyətli mərkəzlərindən biri olan Uludağda qış yuxusuna gedə bilməyən və meşədə yemək tapa bilməyən ayılar yaşayış məntəqəsinə gələrək yemək axtarmağa başlayıblar.
Təbiətdə üç aydan yeddi aya qədər müddəti yuxu içində keçirən, mövsümdən asılı olaraq noyabr və ya dekabr aylarında yuxuya gedən və mart-aprel ayları arasında oyanan ayılar qış yuxusunu unudublar. Uludağda üç ayının gözünü yuxu tutmayıb.
Sarıalan yaşayış məntəqəsinə gələn ayılardan biri qar üzərində onu lentə alan işçilərə hücum edib. Həmin görüntülər anbaan qeydə alınıb.
Daha sonra ərazidəki restoran sahibləri ayılara çörək yedizdiriblər.
Mənbə: Milliyet