“Meyvələrdə fruktoza var. O, qaraciyərdə qlükozaya çevrilir. Əgər fruktoza həddindən artıq qəbul edilərsə, o, yağlara çevriləcək. Bu yağlar isə qaraciyərdə yığıla bilər. Tərkibində süni əlavələr olan qidalar və qızardılmış qidalar da zərərli olacaq”, - deyə ekspert bildirib.
Diyetoloq deyir ki, qaraciyər əslində təbii təmizləyicidir:
“Bütün toksinlər istənilən halda ondan keçəcək. İnsan nə qədər çox zərərli yemək yeyirsə, qaraciyəri onu emal etməklə bir o qədər yüklənir”, - deyə həkim qeyd edib.
Diyetoloq belə bir nəticəyə gəlib ki, yağlı və şirin qidalar qaraciyər üçün zərərlidir. Onların ucbatından hepatoz yarana bilər.
Mənbə: klops.ru