Üç yaşlı Məryəmin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə seher.media-a onun anası Gülnar Məmmədova məlumat verib.
O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir.
“Məryəmin bir yaşı olan zaman onun qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Müalicələr etdirsək də, vəziyyəti müsbət yöndə irəliləmədi. Həkimlər vəziyyətinin daha da ağırlaşmadan qaraciyər köçürülməsi əməliyyatı etməyimizi tövsiyə etdilər. Hazırda əməliyyat üçün lazım olan məbləğin böyük hissəsini yığsaq da, məbləği tamamlaya bilməmişik”.
Gülnar Məmmədova övladının donorunun atası olacağını bildirib.
“Məryəmin donoru atası olacaq. Əməliyyat Türkiyədə yerləşən klinikalardan birində həyata keçiriləcək. Bunun üçün lazım olan 76 500 manatın 68 min manatını evimizi və maşınımızı sataraq toplaya bilmişik. Hazırda məbləği tamamlamaq üçün 8 500 manata ehtiyacımzı var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Məryəm çox balacadır, onu itirməkdən çox qorxuram”.
Bank Respublika: 4244 4848 4329 2461.
Ailə ilə əlaqə: (055) 725-18-65.