İran Teleradio və Yayım Təşkilatının təqaüddə olan işçisi intihar edib - FOTO

28
Noy
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Teleradio və Yayım Təşkilatının təqaüddə olan işçilərindən biri intihar edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, o, özünü “Kövsər” binasının 13-cü mərtəbəsindən atıb.

Qeyd edək ki, 2022-ci il avqustun 13-də sözügedən təşkilatın Abbas Musəvi adlı təqaüddə olan əməkdaşının da intihar etdiyi açıqlanıb. Onun intiharının maaşların kəsilməsi nəticəsində yaranan maliyyə problemləri ilə bağlı olduğu bildirilib.