Rusiya paytaxtı Moskvanın Lefortovo məhkəməsi mart ayında Yekaterinburqda casusluq ittihamı ilə saxlanılan və Moskvada həbs edilən “The Wall Street Journal” qəzetinin jurnalisti, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 2024-cü il yanvar ayının sonuna qədər uzadıb.
Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Moskvanın Lefortovo Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviç barəsində həbs-qətimkan tədbirinin müddəti 2 ay, ümumilikdə isə 10 aya qədər, yəni 30 yanvar 2024-cü il tarixinədək uzadılıb”, - deyə məlumatda bildirilib.
Mənbə: TASS