“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki şəxsi hesabında bildirib.
“Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə nazir qeyd edib.
Türkmənistana işgüzar səfərimiz çərçivəsində #SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin #Türkmənistan-da uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə,… pic.twitter.com/lfDETtjYZg
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 28, 2023